AfD Mertsdən polisə şikayət etdi “Bu dəfə həddini aşdı”

11.09.2026

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

“Almaniya üçün Alternativ” (AfD) Partiyasının Bundestaqdakı fraksiyası Kansler Fridrix Merstin partiya haqqında söylədiyi sözlərlə bağlı polisə ərizə ilə müraciət edib.

Teleqraf xəbər verir ki, fraksiya bu barədə X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Buna səbəb kanslerin Bundestaqda büdcənin müzakirəsi zamanı etdiyi çıxış olub. O, həmin çıxışında remiqrasiya haqda danışarkən AfD fraksiyasını “dəri rənginə və mənşəyə görə etniktəmizləmədən başqa bir şey olmayan” siyasəti təbliğ etməkdə ittiham edib”, - bəyanatda bildirilib.

Fraksiyanın katibi Ştefan Brandner qeyd edib ki, Merts həddini aşıb, bu dəfə onun sözləri cinayət məsuliyyəti doğurur. O, kanslerin sözlərini “tamamilə qəbuledilməz” adlandırıb. Deputat vurğulayıb ki, AfD fraksiyası Almaniya Konstitusiyasına əsasən fəaliyyət göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью