Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Almaniyanın Saksoniya-Anhalt federal torpağında keçirilən seçkilər ölkənin siyasi gündəmini dəyişib. Sağçı AfD (Almaniya üçün Alternativ) seçkidə 43,8 faiz səslə birinci olub və parlamentdə 83 yerdən 39-nu əldə edib. Baş nazir Fridrix Mertsin rəhbərlik etdiyi CDU isə 17,2 faiz səs toplayaraq AfD-dən xeyli geri qalıb. Seçicilərin fəallığı 77,8 faiz təşkil edib. Nəticələrdən sonra AfD-nin həmsədri Alisa Vaydelin daha əvvəl açıqladığı miqrasiya siyasəti yenidən gündəmə gəlib. O, ölkə sərhədlərinin tam bağlanmasını, qanunsuz miqrasiyanın qarşısının alınmasınınn, bəzi sosial ödənişlərin dayandırılmasının müdafiə edib.
XQ