AfD Ukraynaya Almaniya istehsalı olan dronların verilməsini pisləyib

09.09.2026

Icma.az bildirir, Ayna portalına istinadən.

“Biz həmişə bəyan etmişik ki, müharibə zonalarına silah göndərilməsini dəstəkləmirik"

Almaniya üçün Alternativ (AfD) Partiyası Ukraynaya sonradan Rusiyaya zərbə endirmək üçün istifadə edilən dronların verilməsinə qarşı çıxıb. AYNA.AZ xəbər verir ki, ZDF-nin məlumatına görə, bunu siyasi qrupun həmsədri Tino Çrupalla bildirib.

O, AfD-nin "böhran bölgələrinə" silah göndərilməsinə qarşı olduğunu vurğulayıb.

"Biz Almaniyada Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün istifadə edilən dronlar istehsal edirik və buna qəti şəkildə qarşıyıq. Biz həmişə bəyan etmişik – bu, partiya platformamızda da qeyd olunur - və böhran bölgələrinə, müharibə zonalarına silah göndərilməsini dəstəkləmirik", - Çrupalla bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью