Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
FHN-dən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədat aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "AFEN Plaza"da ilkin ehtimala görə, partlayış birinci mərtəbədə baş verib.
Belə ki, partlayış nəticəsində 6 mərtəbəli binanın 5-ci mərtəbəsinə kimi dağıntı müşahidə olunur.