Afət Həsənova seçicilərini qəbul etdi FOTO

20.05.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

32 saylı Suraxanı üçüncü seçki dairəsindən millət vəkili Afət Həsənova deputat ofisində seçicilərini qəbul edib.

Redaktor.az-ın məlumatına görə, deputat bu barədə özünün feysbuk səhifəsində paylaşım edib.

"19.05.2025-ci il tarixdə deputat ofisimdə seçicilərimlə növbəti görüş-qəbulumuzu keçirdik. Görüşdə onları narahat edən problemləri dinləyib müvafiq hüquqi izahlar verdim. Eyni zamanda müəyyən məsələlərin operativ həlli məqsədilə aidiyyəti üzrə müraciətlər edərək icrasını nəzarətə götürdüm", - deyə Afət Həsənova bildirib.

Turan İSMAYIL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью