Afət Həsənova seçildiyi dairədə görülən işlərlə tanış oldu FOTO

28.01.2025

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

32 saylı Suraxanı üçüncü seçki dairəsindən millət vəkili Afət Həsənova rayon ərazisində görülən işlərlə tanış olub.

Redaktor.az xəbər verir ki, bu barədə o, özünün feysbuk hesabında məlumat verib. 

"Bu gün, 28.01.2025-ci il tarixdə seçki kampaniyası dövründə seçicilərimin müraciəti əsasında rayonumuzun Bülbülə qəsəbəsinin N.Nərimanöv küçəsində görülən su və kanalizasiya xətlərində təmir-bərpa, eləcə də asfalt örtüyünün salınması işləri ilə RİH başçısı cənab Adil Əliyevlə birgə yerində tanış oldum. Görülən işlərdən razılığını bildirən sakinlərimizin əlavə müraciətlərinin həlli istiqamətində də aidiyyəti üzrə tapşırıqlar verilərək operativ tədbirlər görüldü", - deyə Afət Həsənova bildirib. 

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью