Afət Rahilqızı bu məşhurla ailə həyatı qurur VİDEO

28.11.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla ailə qurmağa hazırlaşır.

"Cebheinfo.az" “Milli.az”a istinadən xəbər verir ki, cütlük qonaq olduqları teleproqramda təsirli anlar yaşayıb.

Afət və Fərhad efir zamanı kövrələrək göz yaşlarını saxlaya bilməyiblər. Onların səmimi münasibəti sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb.

Məlumata görə, cütlük artıq toy tarixini də müəyyənləşdirib. Qarşıdakı aylarda keçiriləcək mərasimlə bağlı hazırlıqların başladığı bildirilir.

Afət Rahilqızı və Fərhadın münasibəti qısa zamanda gündəmə çevrilərək izləyicilər tərəfindən təbrik və xoş arzularla qarşılanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью