Afət Telmanqızına Qarabağda vəzifə verilib

04.12.2024

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əməkdar jurnalist, "LAF" TV-nin təsisçilərindən olan Afət Telmanqızı yeni vəzifəyə təyin olunub.

Mia.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki,  Afət Telmanqızı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Məhərrəmova Afət Telman qızı ANS TV-də daha çox tanınıb.

2020-ci il mayın 28-i tarixində həmkarı Ləman Ələşrəfqızı ilə birgə LAF TV-ni təsis edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью