AFFA 2 klubu 1500 manat cərimələdi

21.05.2025

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 35-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar çıxarılıb.

“Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilib.

"Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” klubu 700 manat cərimə edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью