AFFA 2 komandanı ağır cəzalandırdı

05.12.2024

Icma.az, Publika.az saytına istinadən bildirir.

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

Publika.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib.

U-12 Liqasında "Kürdəmir" - "Çərəkə" (Göyçay) oyunu meydan sahiblərinin heyətində kifayət qədər oyunçu olmadığına görə baş tutmayıb. Bu səbəbdən "Kürdəmir"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında "Karvan" (Yevlax) və "Antiguoko International" komandalarının oyununda isə Yevlax təmsilçisi təyin edilən vaxtda meydana çıxmadığına görə 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью