AFFA 2024 ci ildə infrastruktura nə qədər vəsait xərcləyib?

11.04.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AFFA-nın 2024-ci ildəki infrastruktur xərcləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, göstəricilər bu gün keçirilən Hesabat Konfransında məlum olunub.

Qurum il ərzində infrastruktura 2 milyon 445 min 433 manat xərcləyib.

"Dalğa Arena"ya bir milyon doqquz min 231, Bakı Olimpiya Stadionuna 396 min, "ASCO Arena" 321 min 312, Milli Komandaların Məşq Mərkəzinə 276 min 996, Şamaxı stadionuna 184 min 906, təhsil və reabilitasiya mərkəzinə 87 min 759, Binə stadionuna 75 min 534, Ağsu stadionuna 44 min 344, "Neftçi Arena"ya 37 min 524, Mingəçevir şəhər stadionuna 11 min 827 manat xərclənib.

Anar Həsənov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью