AFFA 4 klubu cərimələdi

08.09.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının IV turunun oyunlarında futbolçuları sarı vərəqə limitini pozan 4 klub ümumilikdə 2 800 manat cərimələnib.

Moderator.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Sentyabrın 4-də keçirilən "Kəpəz" – "Şamaxı" matçında gəncəlilərin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat cərimə edilib.

Sentyabrın 6-da baş tutan "Turan Tovuz" – "Sumqayıt" görüşündə də analoji hal yaşanıb. Meydan sahiblərinin 5, sumqayıtlıların 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klublara 700 manat cərimə kəsilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью