AFFA 4 klubu cəzalandırıb

28.02.2025

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

AFFA Misli Premyer Liqasının XXIV turunun oyunlarında yaşananlarla bağlı 4 klubu cəzalandırıb.

BAKU.WS xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

1 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun "Neftçi" – "Sumqayıt" oyununda "Sumqayıt" komandasında 4 nəfər sarı vərəqə aldığına görə "Sumqayıt" komandası 700 manat cərimə edilsin (maddə 37);

22 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun "Araz-Naxçıvan" – "Səbail" oyununda "Araz-Naxçıvan" komandasında 5 nəfər sarı vərəqə aldığına görə "Araz-Naxçıvan" komandası 700 manat cərimə edilsin (maddə 37);

22 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun "Qarabağ" – "Sabah" oyununda Əsasnamənin tələbləri pozulduğuna görə "Qarabağ" klubu 500 manat cərimə edilsin (maddə 70.1);

23 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun "Şamaxı" – "Turan Tovuz" oyununda "Şamaxı" komandasında 4 nəfər sarı vərəqə aldığına görə "Şamaxı" komandası 700 manat cərimə edilsin (maddə 37).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью