AFFA 9 yaşlı Nuray üçün istisna etdi bu barədə yazmışdı

08.12.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AFFA 8-11 yaşlı oğlan komandalarına istisna tətbiq edərək, heyətdə 1 (bir) qız futbolçunun yer almasına icazə verib.

İdman.Biz bu barədə “Sumqayıt” akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru və əməkdar məşqçi Ağamusa Bağırova istinadən məlumat verir.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov da məlumatı İdman.Biz-ə təsdiq edib.

Söhbət 9 yaşlı Sumqayıt sakini Nuray İmanzadədən gedir.

Xatırladaq ki, ölkədə qızlar üçün liqalar 12 yaşdan etibarən fəaliyyət göstərdiyindən, Nurayın oynaya biləcəyi heç bir komandaya qoşulmaq imkanı yox idi. Sumqayıtda isə bu yaş qrupunda qız komandası mövcud deyil, Bakıya gündəlik gediş-gəliş isə mümkün olmadığından çıxılmaz vəziyyət yaranmışdı.

Bununla bağlı məşqçilər AFFA-ya müraciət edərək, istisna hal kimi Nuraya yaşıdı olan oğlanlarla bir komandada oynamağa icazə verilməsini xahiş ediblər və həmin xahişə müsbət cavab verilib.

Leyla Eminova

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью