AFFA adı protokola salınmayan futbolçunu meydana buraxan klubun nəticəsini ləğv edib | Icm…
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
AFFA İntizam Komitəsi adı protokola salınmayan futbolçunu meydana buraxan "Difai" klubunun nəticəsini ləğv edib.
Oxu.Az xəbər verir ki, I Liqanın XI turunun "Difai" - MOİK oyununun 90+3-cü dəqiqəsində "Difai"nin heyətində adı protokolda yer almayan Tahir Zeynalov oyuna daxil olub.
Bu səbəbdən "Difai"yə 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 400 manat cərimə edilib.
Qeyd edək ki, görüş MOİK-in qələbəsi ilə nəticələnib - 1:0. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu