AFFA adları oyun alqısatqısında hallanan futbolçularla bağlı açıqlama verib

10.12.2024

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

AFFA “Şamaxı” klubundan ayrılan futbolçular Giorgi Kantariyanın və Adil Nağıyevin oyun alqı-satqısında iştirak etmələri ilə bağlı yayılan iddialar barədə açıqlama verib.

Milli assosiasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin məsələ qurumun diqqət mərkəzindədir.

“İctimaiyyətə bu haqda müvafiq araşdırmalar aparıldıqdan sonra geniş məlumat veriləcək”, - AFFA-dan bildirilib.

Qeyd edək ki, “Şamaxı” iki futbolçu ilə müqaviləyə vaxtından əvvəl xitam verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью