AFFA altı komandaya texniki məğlubiyyət verdi

16.10.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

AFFA-nın U-13, U-11 və U-10 liqalarında baş tutmayan və yarımçıq dayandırılan oyunlara görə altı komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

U-13 Liqasında oktyabrın 10-na planlaşdırılan “Gəncə” – “Offside” oyunu qonaqların heyətində yetərsay olmaması, “Dəmir Yumruq” – “Lokomotiv” matçı isə “Dəmir Yumruq”un təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən keçirilməyib. Bu səbəbdən “Offside” və “Dəmir Yumruq” komandalarına texniki məğlubiyyət verilib.

Oktyabrın 11-də təşkil olunan “Alfa” – “Aslan” qarşılaşması 40-cı dəqiqədə təhlükəsizliyin təmin olunmaması səbəbindən yarımçıq dayandırıldığı üçün “Aslan” kollektivi eyni cəza ilə üzləşib.

U-11 Liqasında oktyabrın 10-da baş tutmalı olan “Polad 2024” – “Marafon” görüşündə meydan sahibləri təyin olunan vaxtda meydanda olmadıqları üçün oxşar cəza alıblar.

U-10 Liqasında isə oktyabrın 10-da nəzərdə tutulan “Paralimpiya” – “Polad” matçına “Polad”ın gəlməməsi, oktyabrın 11-də keçirilməli olan “Mehdiabad” – “Baku Football Academy” qarşılaşmasında isə “Mehdiabad”ın heyətində yetərsay olmaması üzündən hər iki komandaya texniki məğlubiyyət yazılıb.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью