AFFA aşağı yaş qrupları üzrə milli komandaların sükanını yerli mütəxəssislərə həvalə edəcək

23.01.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir sıra mühüm qərarların qəbul ediləcəyi AFFA İcraiyyə Komitəsinin yanvar iclasının fevralda keçiriləcəyi dəqiqləşib.

Oxu.Az xəbər verir ki, iclasda digər məsələlərlə yanaşı, Azərbaycanın bir sıra milli komandalarının yeni baş məşqçiləri təsdiqlənəcək.

AFFA rəhbərliyi əcnəbilərə arxalanmayacaq və yerli təcrübədən istifadə edəcək.

Belə ki, U-17, U-19 və U-21 komandaların baş məşqçisi vəzifələrinə yerli mütəxəssislər təyin olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью