Icma.az, Bizimyol saytına istinadən bildirir.
Oktyabrın 22-də Çempionlar Liqası çərçivəsində “Atletik” və “Qarabağ” arasında keçirilən oyun öncəsi Bilbao şəhərində naməlum şəxslər antiAzərbaycan vərəqələri və stikerləri yaymışdılar. Musavat.com bildirmişdir ki, Azərbaycan KİV-ləri hadisəyə görə erməni diasporunu günahlandırıb. Məlumata görə, “Qarabağ” FK məsələ ilə bağlı polisə müraciət edib və artıq istintaq başlayıb.AFFA rəsmi qurumlara müraciət edəcəkmi? Yoxsa təxribatın baş verdiyi ölkənin hüquq-mühafizə orqanları səviyyəsində həll olunması ilə kifayətlənəcək?Ölkə təmsilçimizin təhlükəsizliyi və ölkəmizin hüququnu qorumaq üçün AFFA hansısa addımlar atacaqmı?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Yaranan suallara cavab tapmaq üçün oktyabrın 22-də AFFA-ya sorğu üvanladıq. AFFA-dan oktyabrın 29-da Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, bu hadisə ilə bağlı AFFA tərəfindən UEFA-ya məktub göndərilib: “Biz bu məsələnin araşdırılmasını onlardan istəmişik”.
Günel Həsənova, Bizimyol.info