AFFA başqa məşqçilərlə danışıb” Samir Əliyev millidən gedib

06.02.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan U-21 millisinin baş məşqçisi Samir Əliyev vəzifəsindən ayrılıb.

Bu barədə QOL.az saytına açıqlamasında mütəxəssis özü məlumat verib.

S.Əliyev dekabr ayında AFFA ilə müqaviləsinin başa çatdığını bildirib:

“AFFA-nın mənimlə heç bir danışığı olmadı. Mən hazırda komandanın baş məşqçisi sayılmıram. Müqaviləm yoxdursa, deməli, ayrılmışam. Eşitdiyimə görə, başqa yerli məşqçilərlə görüşüb danışıblar”. 

Qeyd edək ki, S.Əliyev 2022-ci ilin iyul ayından Azərbaycan U-21 millisinin baş məşqçisi idi. O, daha əvvəl "Neftçi", "Səbail" və Azərbaycan U-19 millisində də çalışıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью