AFFA bəzi klubları cərimələyib

13.11.2025

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


AFFA bəzi klubları cərimələyib.
Reying.az
xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
XI turun "Qəbələ" – "Sumqayıt" oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün "gənclik şəhəri" təmsilçisi 700 manat ziyana düşüb. "Zirə" isə "Turan Tovuz"la matçda 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün eyni məbləği ödəyəcək.
"Turan Tovuz"un futbolçusu Roberto Olabe 61-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığına görə növbəti matçda meydana çıxmayacaq. Həmçinin Tovuz klubu 500 manat cərimələnib.
"Kəpəz" - "Sabah" matçında meydan sahibləri 5, qonaqlar isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью