AFFA bölgə komandasını yarışlardan kənarlaşdırdı

19.03.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

AFFA U-13 liqasında mübarizə aparan "Uğur" komandasını yarışdan kənarlaşdırıb.

QOL.az xəbər verir ki, qurumun İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.

16 fevral 2025-ci il tarixində AFFA U-13 Liqasının "Uğur "(Mingəçevir) – "Qala" (Bərdə) oyunu "Uğur"un təyin edilən vaxtda gəlmədiyi üçün keçirilməyib. Ona görə "Uğur"a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Üstəlik, bu hal 3-cü dəfə təkrarlandığı üçün Mingəçevir təmsilçisi yarışlardan kənarlaşdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью