Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.
Əsası 2024-cü ildən qoyulan Bakı Futbol Federasiyası (BFF) aktiv fəaliyyətə başlayır.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, BFF bundan sonra uşaq liqalarının keçirilməsinə nəzarət edəcək. Daha öncədən AFFA bayrağı altında keçirilən U-8, U-9, U-10, U-11, U-12, U-13, U-14 və U-15 liqalarına bundan sonra sözügedən federasiya nəzarət edəcək.
AFFA-nın maliyyə ayırdığı qurum bu aydan etibarən adıçəkilən liqaların keçirilməsi prosessini icra edəcək.
Qeyd edək ki, BFF-nin prezidenti “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanovdu. Qurumun baş meneceri isə “Səbail”dəki uğurlu fəaliyyəti ilə diqqət çəkən İman Zeynalovdu.