AFFA bu kluba iki texniki məğlubiyyət verib

18.03.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

AFFA İntizam Komitəsi U-13 Liqasında qayda pozuntusuna yol verən “Çinar” klubunu cəzalandırıb.

İdman.Biz qurumun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi əsasnamənin tələblərini pozaraq transfer pəncərəsinin qeyri-aktiv dövründə qeydiyyatdan keçirilmiş 4 futbolçunu heyətə daxil edib.

Sözügedən oyunçular martın 7-də “Yasamal” FM (Şəmkir) və martın 14-də “Qoşqar” (Gəncə) komandalarına qarşı matçlarda meydana çıxıblar. Bu səbəbdən hər iki qarşılaşmanın nəticəsi ləğv edilib və “Çinar” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью