AFFA bu klubları cərimələdi

19.11.2024

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA İntizam Komitəsi "Neftçi" və "Turan Tovuz" klublarını cərimələyib.

Teleqraf.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" "Şamaxı" ilə heç-heçə (2:2) etdikləri Premyer Liqanın XIII turunun matçından sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.

Tovuz təmsilçisi isə "Səbail"lə bərabərə qaldığı (1:1) oyunda azarkeşlərin meydana kənar əşya atması ucbatından eyni məbləğdə ziyana düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью