AFFA bu klubu çempionatdan kənarlaşdırdı

19.03.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

AFFA U-13 Liqasında çıxış edən Mingəçevirin “Uğur” klubu Azərbaycan çempionatından kənarlaşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında verilib.

Komandaya Bərdənin “Qala” klubu ilə keçirilməli olan oyuna təyin edilən vaxtda gəlmədiyinə və görüş baş tutmadığına görə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün “Uğur” liqadan kənarlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью