AFFA bu komandanı 12 500 manat cərimələdi

11.02.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Turan Tovuz" klubu 12500 manat cərimələnib.

Milli.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

4 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü "Sabah" - "Qəbələ" oyununa "Qəbələ" komandası təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Qəbələ" komandasına xəbərdarlıq edilsin (maddə 20);

5 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü "Turan Tovuz" - "Kəpəz" oyununun 41-ci dəqiqəsində "Turan Tovuz" komandasının məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyun buraxılmasın, "Turan Tovuz" komandası 2500 manat cərimə edilsin (maddə 51.2);

5 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü "Turan Tovuz" - "Kəpəz" oyununun 64-cü dəqiqəsində "Turan Tovuz" komandasının baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, "Turan Tovuz" komandası 10000 manat cərimə edilsin (maddə 52.4);

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью