AFFA bu komandaya texniki məğlubiyyət verdi

12.12.2024

Icma.az bildirir, Qol.az portalına istinadən.

AFFA Əvəzedicilər liqasında çıxış edən "Sumqayıt-2"yə texniki məğlubiyyət verib.

QOL.az xəbər verir ki, qərar bu gün keçirilən İntizam Komitəsinin iclasında açıqlanıb.

Əvəzedicilər liqasının 16-cı turunun “Sumqayıt-2” - “Neftçi-2” oyununun 76-cı dəqiqəsində “Sumqayıt-2” komandasının heyətində adı matçın protokolunda olmayan 44 nömrəli futbolçu Kənan Cavadlı meydançaya daxil olub.

Bun agörə də “Sumqayıt-2” komandasına texniki məğlubiyyət verilib, klub 400 manat cərimə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью