AFFA bu komandaya texniki məğlubiyyət verdi İdmanXəbər

12.12.2024

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

AFFA Əvəzedicilər liqasında çıxış edən “Sumqayıt-2″yə texniki məğlubiyyət verib.

İdmanxeber.az xəbər verir ki, qərar bu gün keçirilən İntizam Komitəsinin iclasında açıqlanıb.

Əvəzedicilər liqasının 16-cı turunun “Sumqayıt-2” – “Neftçi-2” oyununun 76-cı dəqiqəsində “Sumqayıt-2” komandasının heyətində adı matçın protokolunda olmayan 44 nömrəli futbolçu Kənan Cavadlı meydançaya daxil olub.

Bun agörə də “Sumqayıt-2” komandasına texniki məğlubiyyət verilib, klub 400 manat cərimə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью