AFFA bu oyuna hakim göndərməyi unutdu

12.12.2024

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AFFA U-15 Liqasında dünən keçirilməli olan EFA - “Qəbələ” oyununa hakim göndərməyi unudub. 

Sfera.az xəbər verir ki, bu barədə “Qəbələ” akademiyasının keçmiş üzvü Namiq Hacızadə feysbuk hesabında paylaşım edib.

O bildirib ki, hər iki komanda meydançaya gəlsə də, hakim olmadığından qarşılaşma təxirə salınıb.  

Qeyd edək ki, “Qəbələ” klubu bu matç üçün Bakıya gəlib, komanda saat 16:30-a qədər gözləsə də,  matça referi təyin edilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью