Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.
AFFA klubların çoxdan gözlədiyi məsələni həll etdi. Belə ki, federasiya rəhbərliyi avqust ayının dotasiyasını komandaların hesabına köçürüb.
Uzun müddətdir maddi sıxıntı yaşayan aşağı liqa təmsilçiləri köçürmənin ardından nisbətən rahatlayıb.
Pulların gec vurulması komandalarda ciddi maaş problemi yaratmışdı. Məsələ həllini tapsa da, aşağı liqa təmsilçilərinin narahatlığı davam edir.
Onlar köçürmələrin gec edilməsindən çox narazıdır.
Xüsusən də sponsoru olmayan klublar pulların vaxtında köçürülməsi üçün AFFA-ya bir neçə dəfə müraciət edib.
Qurum rəhbərliyi problemin növbəti aydan qaydasına düşəcəyini bildirib.
İdmanxeber.az