AFFA Coy Lens Mikelsi cəzalandırıb

20.05.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdman.Bizz quruma istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 32-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Şamaxı” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilib.

“Sabah” – “Neftçi” oyununun 85-ci dəqiqəsində “Sabah” komandasının 20 nömrəli futbolçusu Coy-Lens Mikels təcavüzkar davranışa (rəqibə topu aqressiv şəkildə atdığına) görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla, 2 oyunluq cəzalandırılıb. Klub 3000 manat cərimə edilib. 6 ay sınaq müddəti təyin edilib.

“Sabah” – “Neftçi” oyununun 85-ci dəqiqəsində “Neftçi” komandasının 7 nömrəli futbolçusu Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. “Neftçi” komandası 500 manat cərimə edilib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью