Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün AFFA-nın Hesabat Konfransı keçiriləcək.
İdman.biz xəbər verir ki, tədbir “Baku Marriott Hotel Boulveard”da baş tutacaq.
Saat 10:00-da başlayacaq Konfrans AFFA prezidenti Rövşən Nəcəf tərəfindən açıq elan ediləcək, ardınca tədbirin tərkibi yoxlanılacaq.
Rövşən Nəcəfin çıxışından sonra İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabat təqdim olunacaq.
Ardınca Maliyyə Hesabatları və müstəqil auditorun hesabatı dinləniləcək. Bundan sonra AFFA-nın İnkişaf Strategiyası ilə bağlı, ardınca Hakimlər Komitəsinin sədri Frank De Blekerin təqdimatı olacaq. Konfransın sonunda digər məsələlərə toxunulacaq.
İdman.biz