Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Azərbaycan Futbol Federasiyaları Assosasiyası (AFFA) tərəfindən Misli Premyer Liqasında mübarizə aparan komandaların rəhbər şəxsləri və maliyyə məsələlərinə məsul nümayəndələrinin iştirakı ilə görüş təşkil olunub.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
İclasda 2026/2027-ci illər mövsümünə hazırlıq işləri, eyni zamanda klublara ayrılan qrant vəsaitlərinin mənimsənilməsi və idarə olunması mövzuları diqqət mərkəzində saxlanılıb.
Milli assosiasiya nümayəndələri yeni çempionat üzrə qrant müqaviləsinə əsasən, uşaq və gənclər futbolunun inkişafına ayrılan maliyyənin xərclənmə mexanizmləri, prioritet istiqamətlər və hesabatlılıq standartları barədə klub təmsilçilərini ətraflı məlumatlandırıblar.
Müzakirələr zamanı ayrılan maliyyə resurslarının maksimum səmərəli və təyinatı üzrə reallaşdırılması yolları nəzərdən keçirilib, komanda rəsmilərinin rəy və təklifləri dinlənilib.