AFFA da zəncirlər qırılır “niyə”lər

09.10.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AFFA-nın həll etməli olduğu kifayət qədər futbolyönlü qayğılar varkən, niyəsə mətbuatla əlaqələr məsələsi ən həssas vəziyyətdə görünür.

Ötən ilin yayında Elnur Məmmədlinin Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri postundan göndərilməyindən sonra yerinə gətirilən Murad Axundov da ötən həftə yola salındı.

Niyə sualları isə ipdən sallanıq qalıb.

“CBC Sport”dan tanınan Aidə Aliyeva hazırda AFFA-nın mətbuat katibidir.

Lakin sanki assosiasiyanın bu məsələdə təşnəsi yatmır.

Departamentə rəhbər axtarışları davam edir.

Sallanıq qalan niyə suallarına daha biri əlavə olundu…

Media və ictimaiyyətlə əlaqələr də heç cür qaydasına düşmür.

Bir balaca departamentdə bu qədər çək-çevirin səbəbi nə ola bilər?

AFFA islahat apararkən “nə necə edilməlidir” sualının cavabını təyinatlardan sonra fikirləşməyə başlayır. Ona görə əksər vaxt köntöy vəziyyət yaranır.

İki ilə üç-dörd dəfə mətbuat katibi dəyişən qurumun vurnuxmaları və qeyri-sabitliyi həvəskar mənzərələr yarada bilər. Ki, yaradır da…

BU SAHƏYƏ bələd olmayanların məsləhəti, tövsiyəsi ilə addım atmaq növbəti yanlışı sıralamaqdan başqa bir şey deyil.

Doğru seçim etmək, nə istədiyini bilmək üçün gərəkdir ki, işi BİLƏSƏN.

Bilməyənlərin məsləhəti ilə görülən işlərdən heç vaxt xoş nəticə gözləmək olmaz. Belə mühitə də özünə hörmət edən şəxs gəlməz.

Beləcə uğurlu kadr seçimi/təyinatı məsələsində zəncir qırılır/qırılacaq. Nəinki bu, digər departamentlərdə də, strukturlarda da.

Kamil Əhməd

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью