AFFA dan Araz Naxçıvan ın və Şamaxı nın futbolçularına cəza

23.04.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 31-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 78-ci dəqiqəsində “Araz-Naxçıvan”ın 29 nömrəli futbolçusu Vanderson Melo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klubu 500 manat cərimə edilib.

Həmin matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” 800 manat cərimələnib.

Eyni görüşdə “Turan Tovuz”un azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimələnib.

“Şamaxı” – “Kəpəz” oyununun 85-ci dəqiqəsində “Şamaxı”nın 12 nömrəli futbolçusu Maykl Tuik ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, bölgə təmsilçisi 500 manat cərimə edilib.

Bu matçda “Kəpəz” tərəfindən ehtiyat skamyaya dəymiş zərərin klub tərəfindən ödənilməsinə qərar verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью