Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Şahdağ Qusar" komandasının idman direktoru Məhəmməd Bədəlbəyliyə töhmət verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Funksioner futbolla bağlı sənədlərdə səhlənkarlığa yol verdiyinə görə bu halla üzləşib.
Xatırladaq ki, "Şahdağ Qusar" hazırda I Liqada 9 xalla liderdir.