AFFA dan Çempionlar Liqasının oyununa təyinat

27.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker UEFA Çempionlar Liqasının VIII turunda Niderlandın PSV və İngiltərənin "Liverpul" komandaları arasında keçiriləcək oyuna təyinat alıb.

Teleqraf.com xəbər verir ki, belçikalı mütəxəssis almaniyalı hakimlər briqadasının işinə qiymət verəcək. Görüşü baş hakim qismində Tobias Ştiler idarə edəcək.

Yanvarın 29-da Eyndhovendəki PSV stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Qeyd edək ki, hazırda "Liverpul" 7 oyundan 21 xalla liderdir və 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edib. PSV isə 11 xalla 19-cudur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью