AFFA dan gənc futbolçular üçün təlim

21.10.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən növbəti maarifləndirici təlimlər keçirib. Silsilə layihə çərçivəsində bu dəfə Misli Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” və “Qarabağ” klublarının aşağı yaş qruplarının üzvləri üçün sessiyalar təşkil olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

Təlimdə şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli çıxış edərək futbolçu və məşqçilərə danışılmış oyunların mahiyyəti, kənar təsirlər, eləcə də bu kimi halların idmanın imicinə vurduğu ağır zərbələr barədə ətraflı məlumat verib.

Təqdimat zamanı idman mərclərinin manipulyasiya prosesindəki rolu, sosial media üzərindən gələn şübhəli yaxınlaşmalar və şəxsi profillərin təhlükəsiz idarə olunması praktiki nümunələrlə izah edilib. Qeyd olunub ki, şübhəli təkliflərlə qarşılaşanda vaxtında məlumat vermək hər bir idmançının etik borcudur və faktın gizlədilməsi ciddi məsuliyyət yaradır.

Sessiyada AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələrinə xüsusi diqqət çəkilib, yerli və beynəlxalq təcrübədən konkret faktlar təqdim olunub. Təlimin sonunda iştirakçıların biliklərini qiymətləndirmək məqsədilə interaktiv sual-cavab sessiyası keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью