AFFA dan “İmişli”nin futbolçusuna ağır cəza

23.09.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının VI turunun “Sabah”la oyununda hakimi təhqir edərək birbaşa qırmızı vərəqə alan “İmişli”nin futbolçusu Luis Silvestr 4 oyunluq cəzalanıb, klubu isə 10 000 manat cərimə olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Sentyabrın 19-da keçirilən “Sabah” – “İmişli” matçında 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” klubu daha 700 manat cərimə edilib. Həmin gün baş tutan “Turan Tovuz” – “Zirə” qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan “Zirə” komandası da 700 manat cəriməyə məruz qalıb.

Sentyabrın 20-də oynanılan “Şamaxı” – “Araz-Naxçıvan” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün həm “Şamaxı”, həm də “Araz-Naxçıvan” klubları 700 manat cərimələnib. “Kəpəz” – “Sumqayıt” görüşündə 5 futbolçusu sarı vərəqə alan “Sumqayıt” komandası da eyni məbləğdə cərimə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью