AFFA dan “İmişli”nin legionerinə 4 oyunluq cəza

10.03.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İmişli”nin futbolçusu Gilyerme Silva AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

QOL.az xəbər verir ki, braziliyalı müdafiəçi 4 oyunluq diskvalifikasiya edilib.

Buna onun 1-ci liqanın 17-ci turunda “Mingəçevir”kə oyundakı hərəkəti səbəb olub. Gilyerme Silva görüşün 87-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Buna gorə futbolçu 4 oyun cəzalandırılıb. “İmişli” isə 300 manat cərimə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью