AFFA dan “İmişli”yə xəbərdarlıq

17.02.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda I Liqanın XIV turunda baş verənlər müzakirə olunub.

Qurum “İmişli” – “Qəbələ” matçında yaşananlarla bağlı qərar verib. Görüşün 58-ci dəqiqəsində “İmişli”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə kluba xəbərdarlıq edilib.

Matçın 49-cu dəqiqəsində “Qəbələ”nin məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Klub 100 manat cərimələnib.

“Zaqatala” ilə səfər matçında 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” 70 manat cərimə ödəyəcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью