AFFA dan klublara CƏZA | Icma.az
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir. AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXI turunun oyunlarında baş verənlər müzakirə olunub.
“Sabah”ın futbolçusu İqor Noqeyra “Kəpəz”lə matçda qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 500 manat cərimələnib.
“Neftçi” – “Şamaxı” qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib.
“Turan Tovuz” – “Səbail” oyununda meydan sahiblərinin futbolçusu Kauan Martins 45-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıb.
O, 1 matçlıq cəza alıb, klub 1000 manat xərcə düşüb. Tovuz təmsilçisinin məşqçisi Ruslan Abışov birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti
Sınaq müddəti 3 ay təyin edilib. Klub 1500 manat cərimə ödəyəcək.
“Turan Tovuz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə qərblilər daha 1000 manat ziyana düşüb.
Tam oxu
Xəbəri oxu