AFFA dan klublara cəza

28.02.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXIV turunda baş verənlər müzakirə olunub.

21 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 37);

22 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun “Araz-Naxçıvan” – “Səbail” oyununda “Araz-Naxçıvan” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 37);

22 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun “Qarabağ” – “Sabah” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Qarabağ” klubu 500 manat cərimə edilsin (maddə 70.1);

23 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun “Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 37).

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью