AFFA dan klublara MÖHLƏT

31.07.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

AFFA İcraiyyə Komitəsinin 14 mart 2025-ci il tarixli iclasında 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilməsi ilə bağlı qərar qəbul edilmişdi.

Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Bu qərara əsasən son 3 mövsümdə Premyer Liqada çıxış etməmiş və son mövsümün nəticələrinə əsasən 1-ci liqadan Premyer Liqaya yüksəlmiş klublara (Karvan-Yevlax FK, İmişli FK) bir mövsümlük aşağıdakı möhlətlər tətbiq edilir:

1. Klubların nəzdində çalışan məşqçilər üçün Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş Məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilir (UEFA C kateqoriyadan aşağı olmamaq şərti ilə)
2. U-16, U-17, U-19 və əvəzedici komandaları liqalarda iştirak etməyə bilər.

Elmar Baxşıyev: “Komanda şəklində daha yaxşısını edə biləcəyimizə inanıram” Qurban Qurbanov: “Bu gün tam razı qaldığım məqamlar olmadı” “Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb "Karvan" “İmişli”ni məğlub etdi - YENİLƏNİB Valdas Dambrauskas: “Rəqibimiz daha çox risk almağa məcbur olacaq”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью