AFFA dan Kurban Berdiyevə sərt cəza | Icma.az
Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Bu gün İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib: 11.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilsin (maddə 51.2); 12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Turan Tovuz” – “Sabah” oyununda “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 37); 12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Turan Tovuz” – “Sabah” oyununun 19-cu dəqiqəsində “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdiyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalansın, “Turan Tovuz” komandası 4000 manat cərimə edilsin.
Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.4, 32); 12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Turan Tovuz” – “Sabah” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilsin (maddə 52.1); 12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Turan Tovuz” – “Sabah” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilsin (maddə 43.7); 12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Turan Tovuz” – “Sabah” oyununun 45+2-ci dəqiqəsində “Sabah” klubunun 18 nömrəli futbolçusu Pavol Safranko ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Sabah” klubu 500 manat cərimə edilsin (maddə 36.5); 12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Sumqayıt” – “Şamaxı” oyununda “Şamaxı” klubunun fotoqrafı zonalar üzrə qaydanı pozduğuna görə “Sumqayıt” komandası 500 manat cərimə edilsin (maddə 96); 13.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Kəpəz” – “Araz-Naxçıvan” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Kəpəz” klubu 500 manat cərimə edilsin (maddə 43.7); 13.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Neftçi” – “Zirə” oyununda “Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 37); 13.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Neftçi” – “Zirə” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığına görə “Neftçi” klubu 2000 manat cərimə edilsin (maddə 48.3); Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu