AFFA dan ömürlük cəza

30.01.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda danışılmış oyunlarla bağlı qərarlar verilib.

I Liqada “Mingəçevir” klubunda çıxış edən 22.01.2003-cü il təvəllüdlü Xudaverdiyev Xəyal Aqil oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilsin (maddə 107.2);
I Liqada “Mingəçevir” klubunda çıxış edən 27.05.1999-cu il təvəllüdlü Kərimov Mövlan Elşən oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilsin (maddə 107.2);
I Liqada “Mingəçevir” klubunda çıxış edən 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilsin (maddə 107.2);

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью