AFFA dan “premya” iddialarına MÜNASİBƏT

03.10.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AFFA-nın UEFA Millətlər Liqasında səfərdə Litva, Bakıda Lixtenşteynlə heç-heçəyə görə (1:1, 0:0) milli komandaya mükafat verəcəyi ilə bağlı xəbərlər dolaşmaqdadır.

Məlumat sosial şəbəkələrdə ciddi narazılıq yaradıb. İctimaiyyət xüsusilə Lixtenşteyni məğlub edə bilməyən komandanın mükafat layiq olmadığı ilə bağlı fikirlər irəli sürüb.

Qurumun mətbuat xidmətinin rəhbəri Aidə Əliyevə “Futbolpress.az“a açıqlamasında “premya” iddiasını təkzib etdi:

“Yayılan xəbərlər həqiqəti əks etdirmir. Mükafat yalnız uğurlu nəticələrdən sonra verilir”.

Azərbaycan yığması D Liqasının 2-ci qrupunda 2 xalla ikincidir. Aktivində 4 xalı olan Litva birinci pillədə qərarlaşıb.

Sabah keçiriləcək Azərbaycan – Litva oyunu saat 17:00-da start götürəcək.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью