AFFA dan Premyer Liqa klublarına ağır cərimə

17.03.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“İmişli” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “İmişli” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

“Qəbələ” – “Neftçi” oyunu “Qəbələ” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün “Qəbələ” komandası 3000 manat cərimə edilsin (maddə 77.4);

“Qəbələ” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью