AFFA dan Qəbələ yə müjdə

16.01.2025

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

AFFA “Qəbələ”yə klub akademiyası və infrastrukturunun saxlanılması məqsədilə ayırdığı 700 min manat pulu yanvarın sonlarınadək ödəyəcək.

Bu barədə teleqraf.com-a “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı məlumat verib. Klub rəsmisi milli assosiasiya ilə bağlı son durumu belə şərh edib: “AFFA ilə mütəmadi əlaqədəyik. Deyiblər ki, ödəniş məsələsi bu ayın sonuna qədər həll olunacaq. Yəni, nəzərdə tutulan məbləğ klubun büdcəsinə köçürüləcək. Amma hissə-hissə və ya bütöv köçürüləcəyini sonra deyəcəklər”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin 2024-cü ilin iyununda keçirilmiş iclasında “Qəbələ”yə akademiyanın və infrastrukturun saxlanması məqsədilə bir il müddətinə 700 min manat ayrılması nəzərdə tutulub. I Liqaya yuvarlanan bölgə təmsilçisinə dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi qərara alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью